146
logo

Peşəkar inkişaf-gənc müəllimlərə dəstək!

  • Cümə axşamı 9 Yanvar 2020



Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qaliblərindən biri olan Bakı şəhəri 58 nömrəli tam orta məktəbin təqdim etdiyi “Peşəkar inkişaf – Gənc müəllimlərə dəstək” layihəsi çərçivəsində ibtidai sinif müəllimləri üçün təlimlər təşkil edildi. Təlimlərdə oxunun təşkili mərhələləri, mətnlərin məzmununa görə növləri haqqında ətraflı məlumat toplanıldı və eyni zamanda " Düşmən kökəsi" adlı mətn üzərində praktik olaraq iş aparıldı.

Müəllimlər oxunun inkişaf etdirilməsi üsulları ilə bağlı müzakirələrə qoşularaq maraqlı fikirlər paylaşdılar. Növbəti təlimlərdə, müdavimlər şagirdlərə riyazi bacarıqların aşılanması,onların vərdişə çevrilməsi istiqamətində maraqlı məlumatlar toplayıb, praktik məşğələlərdə iştirak etdilər. Layihəyə yeni qoşulmuş qruplarla təlimçi Qoşqar Məhərrəmovun təqdimatında "Çempion kimi öyrət" adlı təlim də keçirildi.