146
logo

3 məktəbdə e-formativ qiymətləndirmə aparıldı

  • Bazar ertəsi 24 Fevral 2020



 Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinə məktəbin təqdim etdiyi “Formativ Qiymətləndirmə Sistemi" adlı layihə qalib elan olunub. Layihənin məqsədi formativ (sinifdaxili) qiymətləndirmənin elektron formada təşkili üçün “Formativ Qiymətləndirmə Sistemi”nin hazırlanması və tətbiqidir. Fevralın 18-də məktəbin akt zalında Formativ qiymətləndirmənin uğurla tətbiq olunmasına dəstək üçün pilot olaraq “Formativ qiymətləndirmə sistemi” layihəsi təqdim olunub. Məktəbin akt zalında keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Səkinə xanım, layihəyə qoşulan məktəblərin direktorları, məktəbin müəllimləri iştirak ediblər. 


            Azərbaycanın himni ilə açıq elan olunan tədbirdə məktəbin direktoru P.Abbasova giriş sözü ilə çıxış edərək layihənin məqsədi və əldə olunan nəticələr haqqında geniş məlumat verib. Sonra “Formativ qiymətləndirmə sistemi” layihəsinin tanıtım videosu nümayiş etdirilib. Musiqi fasilələrində məktəbin şagirdləri “Arazbarı” mahnısını və “Nəlbəki” rəqsini ifa ediblər. Tədbirdə övladı layihənin tətbiq olunduğu sinifdə təhsil alan valideyn məmnunluq hissi ilə yeni sistemin bütün valideynlər tərəfindən maraqla qarşılandığı haqda danışıb. Tədbir boyunca qonaq məktəblərdən gələn direktorlar da çıxış ediblər və sistemin müəllim və valideynlər üçün nə qədər faydalı olacağı ilə bağlı həmkaralrı ilə fikir mübadiləsi aparıblar.