146
logo

"Voltran"ın 2 şagirdi qızıl medal, 2-i isə gümüş medal qazandı!

  • Cümə 20 Dekabr 2019



          Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsində qalib olmuş "Voltran" Robototexnika üzrə Yay Məktəbi layihəsi çərçivəsində, Həbib Əlizadənin rəhbərliyi ilə robototexnika təlimlərini uğurla başa vurmuş Astara rayon Qapıçıməhəllə kənd tam orta məktəbinin 4 şagirdi Azərbaycan Britaniya kollecinin təşkil etdiyi STEAM üzrə 5-ci sərgidə iştirak etdi.

          Şagirdlərdən Elnur Məmmədov və Salih Atakişizadə qızıl, Saleh Məmmədov və Sadiq Məmmədov isə gümüş medal qazandılar. Eyni zamanda, Elnur Məmmədov "Panqolin" robotu ideyasına görə "ideya çempionu" adını aldı. Beləliklə, qrant müsabiqəsində iştirak etmiş kənd məktəbliləri ilk dəfə bu istiqamətdə Astaraya medallar gətirdi. Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!