146

I Qrant

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər"in təsdiq edilməsi haqqında” 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarının icrasının təşkili haqqında” Azərbaycan Respublikası təhsil nazirinin 2017-ci il 4 avqust tarixli 236 nömrəli əmrinə əsasən 15 avqust – 10 sentyabr 2017-ci il tarixləri arasında Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin elan edilmişdir.

Müsabiqənin mövzuları aşağıdakılardır:

* Müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi;

* Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi;

* Təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması;

* Məktəb-icma(valideyn) münasibətlərinin təşəkkülü və inkişafı etdirilməsi;

* Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması;

* İstedadlı uşaqlarla işin təşkili;

* Ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi;

* Şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili;

* Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması;

* Məktəblərarası əməkdaşlığın inkişafı.

 

Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 76 layihə, fərdi layihələr kateqoriyası üzrə 206 lahiyə olmaqla, ümumilikdə, 282 layihə təklifi qəbul olunmuşdur.

Ekspert qrupunun rəyi əsasında təhsil nazirinin əmri ilə təhsil müəssisələri kateqoriyası üzrə 38 və fərdi kateqoriya üzrə 84 layihə olmaqla, ümumilikdə 122 layihənin maliyyələşdirilməsi təsdiqlənmişdir. Layihələr Sentyabr – Dekabr 2017 ci il tarixləri arasında icra olunub.