146
logo

"Khan Academy ilə Fiziki virtual labarotoriyası" layihəsinin icrasına başlanılıb

  • Bazar ertəsi 9 Dekabr 2024



"Khan Academy ilə Fiziki virtual labarotoriyası" layihəsinin icrasına başlanılıb.
VIII qrant müsabiqəsində qalib "Khan Academy ilə Fiziki virtual labarotoriyası" adlı layihənin açılış mərasimi keçirilib. Layihənin açılş tədbirində məktəbin əvəzedici direktoru Humayın Rüstəmova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının nümayəndəsi, Göyçay rayonu üzrə Təhsil Sektorunun əməkdaşı, qabaqcıl müəllimlər, təlimçilər, qrant layihə qalibləri iştirak edib.
Layihənin həyata keçirilməsində əsas məqsəd Göyçay rayon məktəblilərinin diqqətini ekoloji problemlərin həllinə yönləndirmək, onları ekoloji mövzuda maarifləndirmək, bu sahə üzrə bilik və bacarıqlar, davranış vərdişləri formalaşdırmaq, məktəblilərin ekoloji problemlərin həlli üzrə könüllü fəaliyyətinin genişləndirilməsi və ekoloji aksiyalarda aktivliyini təmin etməkdən ibarətdir. Layihə 3 ay müddətində Göyçay rayonunda icra ediləcəkdir.
Xatırladırıq ki, layihə Göyçay rayon Mallı-Şıxlı kənd tam orta məktəbində Səidə Babayeva tərəfindən icra olunacaq.