"ECOpupils: Məktəblilərin ekoloji savadlılığının artırılması proqramı" layihəsi çərçivəsində infosessiyalar keçirilir
"ECOpupils: Məktəblilərin ekoloji savadlılığının artırılması proqramı" layihəsi çərçivəsində infosessiyalar keçirilir.
"Ekologiya nədir?" mövzusunda keçirilən ilk təlimdə LDU-nun doktorantı Samir Salayev spiker olaraq çıxış edib. O, ekologiya anlayışının mahiyyəti, bugünkü həyatımızda ekologiyanın qorunmasının vacibliyi haqqında maraqlı təqdimat əsasında şagirdləri maarifləndirib. Çox önəmli davranışların ekoloji tərbiyədə yer almasının gələcək cəmiyyətimiz üçün sağlam mühit yaradacağını xüsusi olaraq vurğulayıb.
Təlim boyunca şagirdləri düşündürən suallar cavablandırılıb.
Qeyd edək ki, Astara şəhər 1 nömrəli tam orta məktəbdə Babək Rzazadə tərəfindən icra olunan layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlılığının artırılması, onların bu istiqamətdə aktiv iştirakçılığa və həssas yanaşmaya təşviq olunması, ətraf mühitə qarşı məsuliyyətli vətəndaş formalaşdırmaq və effektiv addımlar atmağı öyrətməkdən ibarətdir.
Xatırladaq ki, layihə çərçivəsində 3 günlük "trashtag" aksiyası keçiriləcək. "Yaşıl dünya" mövzusunda 12 görüş təşkil olunacaq. Plastik cə kağız tullantılardan dekorativ əşyalar hazırlanacaq. Hazırlanan əşyalar məktəbdə nümayiş etdiriləcək və zibil qutuları çeşidlənmə üçün siniflərə yerləşdiriləcək.