146
logo

"Ağcabədi rayonunda “Debat - Təsdiq və inkarın ünsiyyət rolu” layihəsinin icrasına başlanılıb

  • Çərşənbə axşamı 10 Dekabr 2024



"Ağcabədi rayonunda “Debat - Təsdiq və inkarın ünsiyyət rolu” layihəsinin icrasına başlanılıb.
VIII qrant müsabiqəsinin qalibi olan layihənin məqsədi məktəblərarası debat yarışlarının təşkili vasitəsilə Azərbaycan tələbələri arasında intellektual aktivliyi, tənqidi düşüncəni və əlaqəni artırmaqdır.
Qeyd edək ki, Laçın rayon Şeylanlı kənd 2 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi Xalid Xalidli tərəfindən icra olunan layihə çərçivəsində 5 ay müddətində 3 məktəbdə 6, 7 və 8-ci sinif şagirdlərinə 4 debat təlimi keçiriləcək. Təlimlərdə şagirdlər debat texnikaları, qaydaları və formatları ilə tanış olacaqlar.