146
logo

“Riyaziyyat tətqiqatçıları - Pifaqor klubu” qrant layihəsinin açılış mərasimi

  • Çərşənbə 11 Dekabr 2024



“Riyaziyyat tətqiqatçıları - Pifaqor klubu” qrant layihəsinin açılış mərasimi keçirilib.
Layihə çərçivəsində Khan Academy platformasında 2-ci sinif riyaziyyat materialları  milli kurikuluma uyğunlaşdırılaraq xüsusi dərs proqramı hazırlanacaqdır. 20 nəfərdən ibarət 2-ci sinif şagirdləri üçün 3 ay müddətində həftədə 2 dəfə, hər dərs 1 saat olmaqla ümumilikdə 32 saatlıq kurs keçiriləcək. Hər ayın sonunda şagirdlərin irəliləyişini qiymətləndirmək üçün test imtahanları təşkil ediləcəkdir. Layihə müddətində Khan Academy platformasının tətbiqi ilə bağlı məktəbdə maarifləndirici infosessiyalar keçiriləcəkdir.
Xatırladırıq ki, "Riyaziyyat tədqiqatçıları - Pifaqor klubu" adlı layihə Qabaqdibi kənd E.B.Adışov adına tam orta məktəbdə Alim Adişli tərəfindən həyata keçirilir. Layihənin məqsədi 2-ci sinif şagirdlərinin riyaziyyat biliklərini inkişaf etdirmək, onların effektiv öyrənmə prosesinə cəlb olunmalarını təmin etmək və onlayn tədris platformalarının istifadəsini məktəbdə təşviq etməkdir.