146
logo

"COP-29 məktəb zirvəsi" layihəsinin təlimləri davam edir

  • Çərşənbə 11 Dekabr 2024



Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin "Fərdi layihələr" kateqoriyası üzrə qalib layihələrindən olan "COP-29 məktəb zirvəsi" layihəsinin təlimləri davam edir.
Layihə çərçivəsində şagirdlərdə daim öyrənmə və tətbiq etmə kimi daxili motivasiyanın yaranmasına, prosesin davamlı olmasına səbəb olacaq "Bebras” İnformatika və Alqoritmik təfəkkür üzrə beynəlxalq onlayn müsabiqəsində iştirak edirlər. Yarışmada interaktiv və əyləncəli tapşırıqlar vasitəsilə şagirdlərin həmin mövzularda təfəkkürləri yoxlanılır və tapşırıqların həllinə uyğun qiymətləndirmə aparılır.
Qeyd edək ki, layihənin məqsədi Bakı məktəblilərinin cəlb olunduğu iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı praktik fəaliyyətlərlə mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə vərdişləri formalaşacaq uğurlu və innovativ gənc nəsli yetişdirmək, ekomühəndislik və sosial bacarıqların inkişafı üçün şagirdlər arasında əməkdaşlığı dəstəklləyəcək "Ekomühəndis Şagirdlərin COP 29 – Məktəb Zirvəsi"prosesini təşkil etməkdir.
Xatırladaq ki, "COP-29 məktəb zirvəsi" layihəsi Səbail rayon 162 nömrəli tam orta məktəbin müəllimi Sevinc Əliyeva tərəfindən adıkeçən məktəbdə icra edilir.