Bakı şəhəri 74 nömrəli tam orta məktəbdə “İNAM Şagird İttifaqları Platforması” layihəsi icra olunur
Bakı şəhəri 74 nömrəli tam orta məktəbdə “İNAM Şagird İttifaqları Platforması” layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində məktəbin rəhbər və müəllim heyəti, eyni zamanda, layihədə yer alacaq şagirdlər iştirak edib.
Layihənin əsas məqsədi orta təhsil müəssisələrində şagird ittifaqlarının nəzdində şagirdlərin liderlik qabiliyyətini gücləndirmək, idarəetmə bacarıqlarını praktiki inkişaf etdirmək və bununla da onların icma fəallığını, yerli və regional proseslərə səmərəli töhfə vermək bacarıqlarını, imkanlarını və səlahiyyətlərini artırmaqdır.
Layihə çərçivəsində 5 məktəbdən fəallığı ilə seçilmiş 50 şagirdə 8 təlim və 4 simulyasiya keçiriləcək və mentorluq proqramı təşkil olunacaq. Eyni zamanda, ittifaq rəhbərlərinin seçilməsi üçün bal sistemi tətbiq olunacaq. Layihənin sonunda ittifaq rəhbərləri mükafatlandırılacaq.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan layihə Bakı şəhəri 74 nömrəli tam orta məktəbinin direktoru Murad Zeynalov tərəfindən icra olunur.