"Kimyanın tədrisində interaktiv simulyasiyaların tətbiqi" adlı layihənin açılış mərasimi keçirildi.
"Kimyanın tədrisində interaktiv simulyasiyaların tətbiqi" adlı layihənin açılış mərasimi keçirildi.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş layihənin açılışında Quba rayonu Küpçal kənd tam orta məktəbin direktoru Bəxtiyar Şahvalov, Quba rayonu Dağlı kənd tam orta məktəbin direktoru Üzeyir Məmmədov, Quba rayonu Qələdüz kənd ümumi orta məktəbin direktoru Tural Əliyev, Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Ramin Mahmudov, Quba rayonu Üçgün kənd ümumi orta məktəbin direktoru Aydın Günəşov, müəllimlər və şagirdlər iştirak edib.
Layihə çərçivəsində PhET platformasındakı Azərbaycan dilində tərcümə olunmuş simulyasiyaların milli kurikulumla uyğunlaşdırılması və dərs proqramlarının hazırlanması həyata keçiriləcək. Bu proqram əsasında məktəbdə 7-10-cu sinif şagirdlərindən ibarət “PhET Kimya Dərnəyi” təşkil olunacaq və iki ay boyunca həftədə bir dəfə olmaqla dərslər keçiriləcəkdir.
Xatırladırıq ki, "Kimyanın tədrisində interaktiv simulyasiyaların tətbiqi" adlı layihə Küsnətqazma kənd ümumi orta məktəbdə Ayxan Məhəmmədzadə tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi PhET interaktiv simulyasiya platformasında yerləşən tədris materialları və praktiki məşğələlərdən istifadə edərək kimya dərslərini daha interaktiv və əyləncəli şəkildə təşkil etməkdir.