146
logo

Ağdaşda "Kənd məktəbində rəqəmsal riyaziyyatçılar" layihəsinin təlimləri davam edir

  • Bazar ertəsi 6 Yanvar 2025



"Kənd məktəbində rəqəmsal riyaziyyatçılar" layihəsinin əyani təlimləri davam edir.
4,5 və 6-cı sinif şagirdlərindən təlim nəticələri zəif olanlara "Çoxrəqəmli ədədlərin toplanması və çıxılması" mövzusunda təlim keçirilib.
Qeyd edək ki, layihə çərçivəsində şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək məqsədilə həftədə 2 saat olmaqla 5 təlim keçiriləcək. Təlimdə riyazi şifrləmə, fiqur ədəd əlaqəsi, ardıcıllıqlar, cədvəl, diaqram, piktoqram, əyani vasitələrlə riyazi şüurun formalaşdırılması və s. mövzuların keçirilməsi nəzərdə tutulub.
Xatırladırıq ki, “Kənd məktəbində rəqəmsal riyaziyyatçılar” adlı layihə Ağdaş rayon Dəhnəxəlil kənd R.Məmmədov adına tam orta məktəbdə məktəbin informatika müəllimi Ülkər Əmirli tərəfindən həyata keçirilir. Layihənin məqsədi rəqəmsal bacarıqlar vasitəsilə riyaziyyat fənninin tədrisini daha əyləncəli və əlçatan etmək, xüsusən təlim nəticələri zəif olan şagirdlərin öyrənmə motivasiyasını artırmaqdır.