""IDEAGENERATION": məktəblərdə ideathon müsabiqəsinin keçirilməsi” layihəsi icra olunur
""IDEAGENERATION": məktəblərdə ideathon müsabiqəsinin keçirilməsi” layihəsi icra olunur.
Layihənin açılışında Zərdab rayon üzrə Təhsil Sektorunun müdiri Gülağa İsgəndərov, Zərdab rayon üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Aqil Məmmədov, Zərdab Rayon İcra hakimiyyətinin humanitar məsələlər üzrə şöbəsinin əməkdaşı Xəyalə Niftalıyeva, Zərdab rayon Heydər Əliyev mərkəzinin direktoru Könül Rəhimova və digər rəsmilər çıxış edərək layihə ilə bağlı öz fikirlərini bildiriblər.
Qeyd edək ki, layihənin əsas məqsədi şagirdlərin tədqiqat və komanda ilə işləmək bacarıqlarının inkişaf etdirilməsi, təhsil sahəsinə yaradıcı yanaşmalar göstərmək, problem müəyyənləşdirmə, analitik düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək, həmçinin, onların təhsilin keyfiyyətinin artırılması ilə bağlı təkliflərinin toplanılmasıdır.
Layihə çərçivəsində 80 şagird və həmin şagirdləri koordinasiya etmək üçün müəllimlər seçiləcək, daha sonra 1 onlayn görüş keçirilərək layihə ilə bağlı şagirdlər məlumatlandırılacaqlar, yekunda isə 2 günlük ideyaton tədbiri keçiriləcək, qalib komandalar mükafatlandırılacaqlar.
Xatırladaq ki, layihə H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin müəllimi Çinarə Abdullayeva tərəfindən icra olunur.