"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihənin təlimlərinə start verilib
"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihənin təlimlərinə start verilib.
Təlim "İntellektual istiqamətli fəaliyyətlər" mövzusunda olub.
Layihənin məqsədi şagirdlərin fiziki, sosial, intellektual və emosional sahələrdə inkişafına dəstək vermək və onları praktik olaraq “edərək-öyrənmə” mühitində fəal iştirak etməyə təşviq etməkdir.
Xatırladırıq ki, layihə çərçivəsində məktəbin 5-6-cı sinif şagirdləri üçün qeyri-formal təhsil metodlarına əsaslanan kompleks fərdi inkişaf proqramı həyata keçiriləcəkdir. Bu proqram çərçivəsində şagirdlərin fiziki, sosial, intellektual, emosional və mənəvi inkişafını dəstəkləyən fəaliyyətlər planlaşdırılır. Layihə daxilində ilkin olaraq geniş təqdimatlar keçiriləcək, 30 şagird seçilərək və onların inkişaf ehtiyaclarına uyğun olaraq təlim proqramları hazırlanacaq. Qeyri-formal təhsil metodlarını tətbiq edən klub yaradılacaq və 3 ay müddətində intensiv məşğələlər təşkil ediləcəkdir. Layihənin yekununda şagirdlər üçün 2-3 günlük yaz və ya yay məktəbinin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, "Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə Tural Mehtiyev tərəfindən icra edilir.