"Oyunlaşdırma metodları ilə ibtidai sinif şagirdlərinin riyazi bacarıqlarının artırılması" layihəsi Ağstafa şəhər Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə icra olunur
"Oyunlaşdırma metodları ilə ibtidai sinif şagirdlərinin riyazi bacarıqlarının artırılması" adlı layihə Ağstafa şəhər Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə uğurla davam etdirilir.
Layihə çərçivəsində həftədə 3 dəfə olmaqla tədris saatlarında (90 dəqiqə) 6 ay boyunca davam edəcək. Layihə oyunlaşdırma metodlarının təhsildə tətbiqi ilə şagirdlərin akademik inkişafını dəstəkləmək və innovativ tədris yanaşmalarını geniş yaymaq məqsədini daşıyır.
Xatırladırıq ki, Ağstafa şəhər Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə Bahar İsmayılova tərəfindən icra olunur. Layihənin məqsədi, ibtidai sinif şagirdlərinin Khan Academy və onun oyunlaşdırma funksiyaları ilə yaxından tanış etmək və bu yolla onların riyaziyyata olan maraqlarını artırmaqdır.