“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsi məktəblilər üçün təlim keçirib
“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsi məktəblilər üçün təlim keçirib.
Təlimdə 9, 10 və 11-ci siniflərdən ibarət 51 şagird iştirak edib. Təlimlərin sonunda seçilən ən yaxşı üç natiq, məktəbdə keçiriləcək “Xarizmatik Natiq” şousu çərçivəsində mükafatlandırılacaqdır.
Xatırladaq ki, “Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsi Bakı şəhəri 288 saylı tam orta məktəbin müəllimi Məlahət Budaqova tərəfindən icra olunur. Layihənin məqsədi, şagirdlərin natiqlik və ünsiyyət bacarıqlarını inkişaf etdirmək və onları ictimai çıxışlarda daha uğurlu, özünə inamlı və xarizmatik natiq kimi yetişdirməkdir.