146
logo

Məktəb, valideyn və şagird üçbucağının möhkəmləndirilməsi istiqamətində təlim keçirilib

  • Çərşənbə axşamı 14 Yanvar 2025



"Məktəbimizin Ailə İcma Birliyi" layihəsi çərçivəsində məktəb, valideyn və şagird üçbucağının möhkəmləndirilməsi istiqamətində təlim keçirilib.
Təlim "Məktəb, valideyn şagird üçbucağının fəal bacarıqlarla möhkəmləndirilməsi", "Şagirdlərin asudə zamanınının səmərəli şəkildə keçirilməsi", "Valideyn-övlad münasibətlərinin qiymətləndirilməsi" mövzuları ətrafında qrup işləri və təqdimatlar formatında keçirilib.
Xatırladırıq ki, layihə Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə Ülviyyə Rüstəmova tərəfindən icra olunur. Layihənin məqsədi, şagirdlərin təlim-tədris fəaliyyətlərinin təkmilləşdirilməsi və şagirdlərin məktəb və sonrakı həyatlarında uğur əldə etməsini təmin edən bacarıqların qazandırılması ilə bağlı məsuliyyətlərin məktəb, ailə və icma arasında paylaşdırılmasını, məktəb, ailə və icma arasında ünsiyyət, əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsini təmin etməkdən ibarətdir.