146
logo

"Süni intellekt əsaslı “Virtual biologiya”" layihəsi çərçivəsində təlim keçirilib

  • Çərşənbə 15 Yanvar 2025




Layihənin təlimçisi Elnarə Nərimanova ilkin diaqnostik sorğu apardıqdan sonra “Layihə əsaslı öyrənmə” nədir? həmçinin bu yanaşmanın dərs prosesinə tətbiqi və mərhələlərinin icra olunması" mövzularında müzakirələr aparıb.
İcra planına əsasən “Quiver Vision” tətbiqindən istifadə edərək təbiət fənlərində interaktiv dərslərin qurulması üzrə nümunələr müəllimlərlə birgə simulyasiyalarla həyata keçirilib.
Qeyd edək ki, “Quiver Vision” təlimi xüsusilə artırılmış reallıq (AR) texnologiyasından istifadə etməklə uşaqların öyrənmə prosesini daha maraqlı və interaktiv etməyi hədəfləyir. Bu təlimin əsas məqsədi: vizual və interaktiv öyrənmə təcrübəsi yaratmaq, yaradıcılığı stimullaşdırmaq, texnologiya ilə tanışlıq, motivasiya və diqqətin artırılmasıdır.
Xatırladırıq ki, layihə Bakı şəhəri 164 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova tərəfindən icra edilir.