Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib layihələrin icrası
Sentyabrın
15-dən başlayaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə inkişaf
və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olan layihələrin icrasına
başlanılıb.
2017-ci
ildən həyata keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə
sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
47
“Ümumi təhsil müəssisələri” kateqoriyası və 132 “Fərdi” kateqoriya üzrə seçilən
layihələr ölkəmizin 6 şəhər, 39
rayonunda uğurla icra olunur.
Layihələr
müasir tələblər baxımından təhsilalanların istedad və qabiliyyətlərinin,
potensial imkanlarının inkişafına, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi,
dəstəkləyici mühitin yaradılması, distant təhsildə effektivlik üçün əlçatanlıq,
sağlamlıq, təhlükəsizlik, tolerantlıq kimi milli-mənəvi və ümumbəşəri dəyərlərin
təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi və ümumilikdə 5 mövzu üzrə
müxtəlif fəaliyyətləri özündə əks etdirir.
Buraya
istedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar
bilik və bacarıqlarının formalaşdırılması, pedaqoji işçilər üçün metodik dəstəyin
təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması, təhsilalanların
məsafədən təhsilə əlçatanlığının təmin olunması, fiziki və psixososial
sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği,
məktəb idarəetməsinin təkmilləşdirilməsi aiddir.
Xatırladaq
ki, qalib layihələrin məzmunu, fəaliyyətinin təşkili və layihə rəhbərlərinin
öhdəlikləri pandemiya şəraitinə uyğun olaraq əyani və onlayn icra üçün
uyğunlaşdırılıb.
Təhsildə
inkişaf və innovasiyalar üzrə keçirilən V qrant müsabiqəsində qalib olan layihələrin
icrasını saytımızdan və sosial media platformalarından izləyə bilərsiniz.