STEAM Azərbaycan Festivalı 2021” yarışmasının qalibləri təyin olundu!
Dekabrın 10-da Bakı Ekspo Mərkəzində Təhsil
Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində “STEAM
Azərbaycan Festivalı 2021”in bağlanış mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Emin Əmrullayev, millət
vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Ölkənin 6-11-ci sinif şagirdləri
üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları
ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar
arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf
etdirilməsidir.
Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM open
(makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”,
“Short movıe”, “Edu drone”, “Humanoıd robot” yarışlar təşkil edilib. Festivala
regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518
iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.
Tədbirdə çıxış edən təhsil naziri
Emin Əmrullayev festivalın keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü
bildirib, qalib komandaları təbrik edərək onlara uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, festivalda
Təhsildə inkişaf və innovasialar üzrə V qrant müsabiqəsinin qalib layihələrinin
rəhbərləri, layihə menecerləri və həmin layihələrin şagirdləri 10 kateqoriya
üzrə müxtəlif qurğularla yarışda qatılıblar.
Qaliblərimiz:
I yer –Telli Hüseynova - Layihə
rəhbəri (Layihə adı: "Virtual Robotlar")
II yer – Fatma Əfəndiyeva - Layihə
rəhbəri (Layihə adı: "Balakənli proqramçılar")
III yer - Könül Təhməzova - Layihə
rəhbəri (Lahiyə adı: Təhsildə 3D texnologiyasının tətbiqi)
III yer – Elnarə Nərimanova – Layihə meneceri(
Layihənin adı: “Enerjini özün YARAT!”)
Tədbirin sonunda qaliblərin
mükafatlandırılması mərasimi keçirilib. Qalib komandanın üzvləri medal
və hədiyyələrlə təltif olunublar.
Biz
də müsabiqənin qaliblərini təbrik edir, bütün iştirakçılara gələcəkdə daha
yüksək uğurlar arzulayırıq.