“ Gənc ekologiya mühəndisləri” layihəsinin yekun hesabat tədbiri
Dekabrın 21-də 62 nömrəli məktəb-liseydə Təhsildə inkişaf
və innovasiyalar üzrə V
qrant müsabiqəsinin
“ Gənc ekologiya mühəndisləri” layihəsinin yekun hesabat tədbiri keçirildi.
Layihədə
dəstək olan Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin rəhbəri
Rövşən Abbasov, Fizika və Elektronika departamentinin müdiri Fəridə Tatardar, Mexanika mühəndisliyi departamentinin koordinatoru Mehdi Kiya Satfar, müəllim və şagird kollektivi iştirak edirdi.
Vəfa Seyfullayevanın rəhbərlik etdiyi layihənin əsas məqsədi məktəblilər arasında mühəndis bacarıq və keyfiyyətlərini aşılamaq və inkişaf etdirməkdir.
Tədbirin açılışı üçün ilk söz məktəb-liseyin direktoru Mətanət Cabbarlıya verildi. Daha sonra layihə rəhbəri Vəfa Seyfullayeva
3 ay ərzində
layihə çərçivəsində görülən işlər haqqında geniş məlumat verdi. Tədbirdə
çıxış edən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin
rəhbəri Rövşən Abbasov layihənin gələcək nəslin inkişafına müsbət təsirindən danışıb.
Kiçik akademiyanın prezidenti Həsən Quliyev çıxışında
layihə iştirakçıları ilə birgə
özünün şəxsi layihəsi əsasında hazırlanmış “İstikbal” mini puasının əhəmiyyətindən bəhs etdi, layihə iştirakçıları
hazırladıqları qurğuları əyani formada təqdim etdilər, qurğuların işləmə prinsipləri və əhəmiyyəti haqqında ətraflı məlumat verdilər.
Məlumat
üçün bildirək ki, tədbirdə
təqdim olunan qurğular ekoloji problemlərin həllinə yönəlmiş qurğulardır. Bunlara “Bioqaz” qurğusunu, günəş panellərindən, alternativ su mənbələrindən, tullantılardan səməri istifadəyə
aid qurğuları misal göstərmək olar.
Tədbirin
sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olundu.
Qeyd
edək ki,“ Gənc
ekologiya mühəndisləri” layihəsinə 30 nəfər şagird qatılmışdır.