"Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi başa çatdı
V qrant
müsabiqəsinin “Fərdi” kateqoriya üzrə qalib olmuş Qəbələ rayonu Vəndam qəsəbə 2
nömrəli tam orta məktəbin müəllimi Səadət Məhərrəmovanın "Məktəblinin
Robototexnika Təlimi Klubu" layihəsiin yekun tədbiri keçirildi.
Layihə rəhbəri
Səadət Məhərrəmova tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin müəllimlər
və şagirdlər üçün əhəmiyyətindən danışdı və "Məktəblinin Robototexnika Təlimi
Klubu" layihəsi haqqında ətraflı məlumat verərək layihənin başa çatdığını,
layihə çərçivəsində təlimlərin sosial davranış və sanitar-epidemioloji
qaydalara uyğun olaraq əyani qaydada həyata keçirildiyini, təlimlərə 60 nəfərdən
çox şagirdin cəlb edildiyini diqqətə çatdırdı.
Tədbirdə
iştirak edən Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova dövlətimizin
təhsilin inkişafına göstərdiyi diqqət və qayğı barədə məlumat verdi, ənənəvi təhsilin
davam etdirilməsində pandemiya qaydalarına ciddi riayət edilməsinin vacibliyini
vurğuladı, Robototexnikanın inkişafının müxtəlif sənaye sahələrində inkişafa töhvə
verəcəyini, məktəblilər üçün robototexnika üzrə təlimlərin təşkilinin gələcəkdə
bu sahədə mütəxəssislərin yetişməsində müstəsna rolu olacağını bildirdi.
Qəbələ rayon
Vəndam qəsəbəsi 2 nömrəli tam orta məktəbin direktoru İradə Cəlilova rəhbərlik
etdiyi müəssisədə robototexnika təlimlərinin təşkilindən məmnununluğunu ifadə
etdi, layihənin uğurlu icrasının bu sahədə olan çatışmazlıqların aradan
qaldırılmasında olan önəmindən danışdı.
Daha sonra
layihə fəaliyyətini əks etdirən videoçarx izlənildi və layihənin təlimçisi Ayaz
Məmmədovun müşayiəti ilə iştirakçılar hazırladıqları robotların və əl işlərinin
təqdimatını həyata keçirdilər.
Sonda KİV
nümayəndələrinin sualları cavablandırıldı və xatirə fotosu çəkildi.