“Skautinq şagirdlərin həyat tərzi kimi” layihəsinin açılış mərasimi
“Skautinq şagirdlərin həyat tərzi kimi” layihəsinin açılış mərasimi olub.
Tədbirdə 217 nömrəli məktəbin direktoru Əbülfət Əkbərov,
Azərbaycan Skautlar Assosiyasiyasının baş katibi Ülvi Məmmədov , Assosiyasının nümayəndələri, gənc müəllimlər, məktəbin yaradılmış skaut dəstəsinin üzvləri və onların valideynləri iştirak edib.
Daha sonra ötən tədris ilinin Aprel ayında Aynur İbrahimovanın rəhbərliyi ilə yaradılmış mauqli yaş qruplu “Xunsar” skaut klubunun fəaliyyətini əks etdirən video çarx nümayiş etdirilib.
Tədbirin bədii hissəsi məktəbin şagirdlərinin ifasında rəqs və mahnı ilə davam edib.
Qeyd edək ki, “Skautinq şagirdlərin həyat tərzi kimi” layihəsi Binəqədi rayonu E. Sultanov adına 217 nömrəli məktəbdə Aynur İbrahimova tərəfindən icra olunur. Layihənin icrası zamanı dəstə görüşlərinin keçirilməsi Azərbaycan Skautlar Assosiasiyasının Milli
Gənclər Proqramının komponentləri çərçivəsində tənzimlənəcəkdir. Layihə 9 ay ərzində hər həftəsonu 1 dəfə olmaqla, ümumilikdə ayda 4 dəfə təlim keçiriləcək. Layihədə təlimlər 6 istiqamət:
fiziki, sosial, emosional, intelekual, psixoloji və xarakter üzrə baş tutacaqdır.
Skautinq şagirdlərin həyat tərzi kimi” layihəsinin əsas məqsədi
məktəbdənkənar fəaliyyətlər vasitəsilə skautinqi şagirdlərin aktiv həyat tərzinə inteqrasiya etmək və bununla da liderlik, komanda idarəçiliyi, məsuliyyət və sosial münasibətlər kimi əsas bacarıqların
inkişafına təkan verməkdir. Bu vasitə ilə məktəbli skautların müxtəlif sahələrdə, o cümlədən liderlik, komandanın idarə olunması, məsuliyyət daşıma və sosial münasibətlər kimi bacarıqlarının inkişaf
etdirilməsi və gücləndirilməsi hədəflənir.