146
logo

“Yaşıl dünya = rəqəmsal dünya kağızsız sinif otaqları” layihəsi çərçivəsində şagirdlərlə görüş keçirilib

  • Çərşənbə axşamı 10 Dekabr 2024



“Yaşıl dünya = rəqəmsal dünya kağızsız sinif otaqları” layihəsi çərçivəsində şagirdlərlə görüş keçirilib.

“Yaşıl Dünya = Rəqəmsal Dünya Kağızsız sinif otaqları” qrant layihəsi çərçivəsində layihədə iştriak edən şagirdlərlə görüş keçirilib. Görüşdə  Musa Ziyadzadə şagirdlərə kağızdan istifadənin ətraf mühitə verdiyi zərər, siniflərdə kağızlardan istifadənin azaldılması və rəqəmsal qaydada dərslərin keçirilməsində elektron resurslardan istifadə ilə bağlı məlumat verib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Xatırladırıq ki, “Yaşıl dünya = rəqəmsal dünya kağızsız sinif otaqları” qrant layihəsi Musa Ziyadzadə tərəfindən Göygöl rayon Çaylı kənd tam orta məktəbində təşkil olunur. Layihənin həyata keçirilməsində əsas məqsəd ekoloji təmizliyin qorunması üçün yenidənistehsalın şagirdlər arasında təşviq edilməsi, məktəbdə kağızsız sinif otağının yaradılması ilə kağızdan istifadənin azaldılması və ekoloji cəhətdən təmiz sinifin formalaşdırılması və interaktivliyi təmin etmək üçün onlayn resursların istifadəsinə imkan yaratmaqdır. Layihə çərçivəsində şagirdlərə 2 ay ərzində sinifdə dərslərin birbaşa planşetdən istifadə ilə keçirilməsi və kağızdan istifadənin tamamilə aradan qaldırılması, kağızsız sinif otağı ilə bağlı məlumatlandırıcı videoçarxın çəkilməsi nəzərdə tutulur.