"Məktəbimizin Ailə İcma Birliyi" layihəsi çərçivəsində Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə maarifləndirici seminar
"Məktəbimizin Ailə İcma Birliyi" layihəsi çərçivəsində Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə maarifləndirici seminar təşkil edilib.
Seminarda valideyn-övlad münasibətləri, ünsiyyət bacarıqları və yeniyetmələrin maraqlarının doğru yönləndirilməsi kimi mövzular əhatə olunub.
Qeyd edək ki, layihə çərçivəsində məktəbdə 3 gün seminarların təşkili nəzərdə tutulub. Daha sonra, valideynlər arasından məktəb-valideyn əməkdaşlığının səmərəliliyi üçün MAİB-in yaradılması ilə bağlı seçimlər ediləcəkdir. Seçilən valideynlərə MAİB-in əsasnaməsinin hazırlanması, iş strukturu, vəzifə, öhdəliklər və hüquqları, illik fəaliyyət planının hazırlanması istiqamətlərində təlimlər keçiriləcəkdir. Təlimlərdə seçilən valideynlər öhdəlik olaraq fəaliyyət planına uyğun məktəb daxilində fəaliyyətlər həyata keçirəcəklər.
Xatırladırıq ki, layihə Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə Ülviyyə Rüstəmova tərəfindən icra olunur. Layihənin məqsədi, şagirdlərin təlim-tədris fəaliyyətlərinin təkmilləşdirilməsi və şagirdlərin məktəb və sonrakı həyatlarında uğur əldə etməsini təmin edən bacarıqların qazandırılması ilə bağlı məsuliyyətlərin məktəb, ailə və icma arasında paylaşdırılmasını, məktəb, ailə və icma arasında ünsiyyət, əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsini təmin etməkdən ibarətdir.