146
logo

"Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" adlı layihənin açılış mərasimi keçirilib

  • Cümə axşamı 12 Dekabr 2024



"Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" adlı layihənin açılış mərasimi keçirilib.
Layihənin açılış tədbirində Tovuz şəhər M.Ələkbərov adına tam orta məktəbin rəhbərliyi və müəllimlər iştirak edib.
Layihə çərçivəsində "Bilgə Qarabağ" adlı intellektual oyun vasitəsilə Qarabağın tarixi, mədəniyyəti və incəsənətinin interaktiv şəkildə öyrədilməsi planlaşdırılır. İlkin mərhələdə Türkiyə və Azərbaycandan 4 nəfərlik ekspert qrupu formalaşdırılacaq və oyunun məzmunu hazırlanacaqdır. Təlimat videosu çəkilib yayımlandıqdan sonra oyunlar çap edilərək Azərbaycana gətiriləcəkdir. Daha sonra, rəsmi şəxslər və digər qonaqların iştirakı ilə təqdimat mərasimi keçiriləcək və məktəblərə oyunun istifadəsi ilə bağlı təlimlər veriləcəkdir.
Xatırladırıq ki, ""Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi"" adlı layihə Məmmədova Xəyalə tərəfindən həyata keçirilir. Layihənin məqsədi Qarabağın tarixini, mədəniyyətini və incəsənətini məktəblilər arasında təbliğ etmək və onların bu mövzuda biliklərini zənginləşdirməkdir. Layihə çərçivəsində ən azı 3000 şagirdin Qarabağ mədəniyyəti ilə tanış olması və məktəbdaxili zəka müsabiqələrində iştirak etməsi nəzərdə tutulur.