146
logo

"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə icra edilir

  • Cümə axşamı 12 Dekabr 2024



"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə icra edilir.
Layihənin açılışında Cəlilabad rayonu S.Əsədov adına Əliqasımlı kənd tam orta məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.
Layihə çərçivəsində məktəbin 5-6-cı sinif şagirdləri üçün qeyri-formal təhsil metodlarına əsaslanan kompleks fərdi inkişaf proqramı həyata keçiriləcəkdir. Bu proqram çərçivəsində şagirdlərin fiziki, sosial, intellektual, emosional və mənəvi inkişafını dəstəkləyən fəaliyyətlər planlaşdırılır. Layihə daxilində ilkin olaraq geniş təqdimatlar keçiriləcək, 30 şagird seçiləcək və onların inkişaf ehtiyaclarına uyğun olaraq təlim proqramları hazırlanacaq. Qeyri-formal təhsil metodlarını tətbiq edən klub yaradılacaq və 3 ay müddətində intensiv məşğələlər təşkil ediləcəkdir. Layihənin yekununda şagirdlər üçün 2-3 günlük yaz və ya yay məktəbinin də təşkili nəzərdə tutulub.
Xatırladırıq ki, "Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə Tural Mehtiyev tərəfindən həyata keçirilir. Layihənin məqsədi, şagirdlərin fiziki, sosial, intellektual və emosional sahələrdə inkişafına dəstək vermək və onları praktik olaraq “edərək-öyrənmə” mühitində fəal iştirak etməyə təşviq etməkdir. Bu layihə, şagirdlərə öz potensiallarını kəşf etmək və həyat bacarıqlarını inkişaf etdirmək üçün yeni imkanlar yaradır.