146
logo

“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsinin icrasına başlaılıb

  • Cümə 13 Dekabr 2024



“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsinin icrasına başlaılıb.
Tədbirdə məktəbin idarə heyəti, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak edib. Layihə haqqında ətraflı məlumat verilib, məqsəd və vəzifələri vurğulanıb.
Xatırladırıq ki, “BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsi Sevman Baxşıyev tərəfindən Astara şəhər 5 nömrəli tam orta məktəbdə icra olunur. Layihə çərçivəsində məktəbdə şagirdlər arasında komanda ruhunun formalaşdırılması, onların birgə işə və məsuliyyətləri bölüşməyə təşviqi və aşağı yaşlardan etibarən onlarda yumşaq bacarıqların ("soft skills") formalaşmasına dəstək olmaq, bunun üçün Vll və Vlll sinifdə təhsil alan 20 şagird ilə 3 günlük qeyri-formal təhsillə bağlı təlimlərin və komanda quruculuğu oyunlarının keçirilməsi və məktəbdə "team- building" klubunun yaradılması nəzərdə tutulur.