“PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması” layihəsinin ilk təlimi keçirilib
“PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması” layihəsinin ilk təlimi keçirilib.
Şəmkir rayonu Seyfəli kənd M.Süleymanov adına tam orta məktəbdə təhsil alan 28 şagird üçün Phet platformasındakı riyaziyyat simulyasiyası keçirilir.
Qeyd edək ki, layihə 5 ay davam edəcək və şagirdlər üçün ümumilikdə 32 saatlıq proqram tədris ediləcək. Layihə çərçivəsində VIII sinifdən 28 şagird həftədə 2 dəfə 1 saat olmaqla 4 aylıq kurslara qatılacaq və riyaziyyat dərslərini PhET platformasındakı simulyasiyalar vasitəsilə interaktiv şəkildə öyrənəcəkdir. Layihənin sonunda məktəbdəki riyaziyyat müəllimləri ilə görüş təşkil ediləcək, platforma haqqında məlumat veriləcək və könüllü 4 müəllim layihəni öz siniflərində tətbiq edəcəkdir.
Xatırladırıq ki, ""PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması"" adlı layihə Seyfəli kənd M.Süleymanov adına tam orta məktəbin müəllimi Rəna Heydərzadə tərəfindən həmin məktəbdəicra edilir. Layihənin əsas məqsədi PhET platformasındakı interaktiv simulyasiya oyunları vasitəsilə VIII sinif şagirdlərinin riyaziyyat biliklərini dərinləşdirmək və onlarda fənnə qarşı maraq yaratmaqdır. Eyni zamanda bu təcrübənin digər riyaziyyat müəllimləri arasında yayılması ilə məktəbdə müasir öyrənmə metodlarının tətbiqinə hədəflənir.