146
logo

“Şagirdlər Xəmsə Milli İntellektual Oyununda!” layihəsinin təlimlərinə start verilib

  • Çərşənbə axşamı 17 Dekabr 2024



24 məşğələdən ibarət layihənin ilk təlimi şagirdlərin bir-birilərini tanımaları üçün tanışlıq oyunları ilə başlayıb, daha sonra oyunun qaydaları şagirdlərə izah edilib.
Qeyd edək ki, təlimlərin yekununda şagirdlər arasında Xəmsə intellektual oyunu keçiriləcək.
4 ay davam edəcək layihənin əsas məqsədi məktəb şagirdlərinin zehni bacarıqlarını inkişaf etdirmək, problem həll etmə, strategiyanın formalaşdırılması, yaddaş və diqqət kimi bacarıqların təşviq edilməsindən ibarətdir. Layihə çərçivəsində 40 şagird seçilərək onlar üçün 24 məşğələdən ibarət təlim proqramı hazırlanacaq, daha sonra 8 komanda formalaşdırılaraq intellektual yarış keçiriləcək və sonda qalib komandalar mükafatlandırılacaq.
Xatırladaq ki, adıkeçən layihə Tovuz rayonu İsakənd kənd tam orta məktəbin coğrafiya müəllimi Eyvaz Süleymanov tərəfindən icra edilir.