146
logo

"Məlumatlısan – demək silahlanmısan!" layihəsi davam edir

  • Çərşənbə 18 Dekabr 2024



"Məlumatlısan – demək silahlanmısan!" layihəsi çərçivəsində təlimlər davam edir.
Layihənin icra planına uyğun olaraq 50 nəfər şagirddən ibarət qruplara “Fövqaladə hallar zamanı baş verə biləcək xəsarətlər", "Fövqaladə hallar zamanı düzgün mövqenin və görüləcək işlərin təşkili”, "İlkin tibbi yardım" mövzularında təlimlər keçirilir.
Xatırladaq ki, layihə Sabirabad şəhər 2 nömrəli məktəb-liseyin müəllimi Sevinc Məhərrəmova tərəfindən icra olunur. Layihənin məqsədi Sabirabad rayon şagirdlərinə mütəxəssislər tərəfindən həyat təhlükəsizliyi haqqında nəzəri anlayışların verilməsi və ekstremal həyat vəziyyətlərində ilk tibbi yardım bacarıqlarının göstərilməsini seminar və praktik təlimlər keçməklə formalaşdırmaqdır.