"Məktəbli arxeoloqlar tarixi abidələrin izində" adlı qrant layihəsinin icrası uğurla davam etdirilir
-
Bazar ertəsi 23 Dekabr 2024
Layihə Yardımlı rayon Sırıq kənd N.Ə.Əskərov adına tam orta məktəbində oxuyan 7 və 8-ci siniflərdə təhsil alan 20 şagirdi əhatə edir. Layihənin məqsədi şagirdlərin tarix fənninə həvəsini artırmaq və onlarda tədqiqatçılıq ruhunu formalaşdırmaqdır.
Layihə çərçivəsində şagirdlər seçilmiş tarixi abidələr haqqında müxtəlif mənbələrdən, resurslardan istifadə edərək, abidələrin tarixi, yerləşdiyi mövqeyi, Azərbaycan tarixində rolu haqqında geniş məlumatlar əldə edəcək və təhlil edəcəklər. Hər birində 10 şagird olmaqla 2 qrup yaradılacaq və hər qrupda həftədə 1 saat olmaqla seçilmiş tarixi abidə haqqında şagirdlərə əyani dərslər keçiriləcək. Sonrakı mərhələdə hər bir abidəyə ayrılmış mövzu mənimsədildikdən sonra şagirdlərin həmin abidəyə ekskursiyası təşkil olunacaq. Ümumilikdə 8 tarixi abidəyə ekskursiya nəzərdə tutulub.
Xatırladaq ki, layihə Yardımlı rayon Sırıq kənd N.Ə.Əskərov adına tam orta məktəbin direktoru İlahə İbrahimova tərəfindən həyata keçirilir.
Müraciət üçün uyğun kateqoriyanı seçin
Fərdi Layihələr
Ümumtəhsil müəssisələri
DİQQƏT!
"Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə müsabiqədə nizamnaməsi, VÖEN-i və ona bağlı bank hesabı olan dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İştirakçı bu tələblərə cavab vermədiyi təqdirdə məzmun ekspertizası mərhələsinə buraxılmayacaq və müsabiqədə iştirakı sonlandırılacaq.
Qeydiyyat üçün uyğun kateqoriyanı seçin
Fərdi Layihələr
Ümumtəhsil müəssisələri
Artıq şəxsi hesabınız var?
Şifrəni dəyiş
Qeydiyyatdan keçdiyiniz Email adresinizi yazın və həmin email adresinə şifrəni qaytarmaq üçün göstərişlər gələcək