146
logo

“Hazırcavab məktəblilər” məktəblilərarası debat çempionatı layihəsinin təlimlərinə start verilib

  • Bazar ertəsi 23 Dekabr 2024



Layihənin ilk təlimi “Debat nədir?” mövzusunda olub. 3 məktəbdən 45 şagirin iştirak etdiyi təlim zamanı şagirdlərə mövzu ətrafında geniş məlumat verilib, həmçinin qarşılıqdı müzakirələr aparılıb.
Qeyd edək ki, 72 saatlıq təlimlərin sonunda şagirdlər arasında debat çempionatı keçiriləcək.
Ümumilikdə 4 ay davam edəcək layihənin məqsədi şagirdlər arasında ünsiyyət, özünü təqdimetmə və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, həmçinin onların müstəqil qərar qəbul etmə bacarıqlarının formalaşdırılmasından ibarətdir.
Xatırladaq ki, layihə Bakı şəhəri M.Mehdiyev adına 280 №-li tam orta məktəbin müəllimi Şərif Hüseynov tərəfindən həyata keçirilir.