“Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsi çərçivəsində təlimlərə başlanılıb
“Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsi çərçivəsində təlimlərə başlanılıb.
Təlimlər 3 ay ərzində müəllimlər və valideynlər üçün müxtəlif mövzular üzrə keçiriləcək. Müəllimlər üçün “Psixoloqdan müəllimlər üçün qızıl qaydalar”, “Gəlin uşaqlara qarşı diqqətli olaq”, valideynlər üçün “Tərbiyələndirmək və valideynlərin köməyi”, “Uşağı necə dinləməli və səbr etməli?”, “Valideynlərin hissləri. Konfliktləri necə həll etməli?”, “Bəs uşaqların intizamı?”, “Gəl birlikdə həll edək” və “Valideyn və müəllim əməkdaş olarsa?” mövzularında 8 təlim təşkil ediləcək. Ümumilikdə 32 saatlıq təlim proqramının keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsi Gülnarə Babayevanın rəhbərliyi altında icra olunur və məqsədi valideyn və müəllimlərə düzgün yanaşma üsullarının aşılanması ilə məktəbdə psixososial mühitin yaxşılaşdırılmasına dəstək verməkdir.