"İnteraktiv biologiya" layihəsinin açılış mərasimi keçirilib
"İnteraktiv biologiya" layihəsinin açılış mərasimi keçirilib
Şagirdlərin interaktiv dərslər vasitəsilə biologiya fənni üzrə ümumi biliklərinin inkişaf etməsini və fənni daha dərindən dərk etməsini gücləndirmək məqsədi daşıyan layihənin açılış tədbirində Bakı şəhər 78 nömrəli tam orta məktəbin rəhbər heyəti, müəllimləri və iştirakçı şagirdlər iştirak edib.
Layihə çərçivəsində PhET platformasından biologiya fənni üzrə 8-ci sinif proqramına uyğun olan 15 mövzu azərbaycan dilinə tərcümə olunacaq, materiallar əsasında kurikulum hazırlanacaq və 4 ay ərzində həftədə 2 dəfə olmaqla sinifin şagirdlərinə interaktiv biologiya dəsrləri keçiriləcək. Bundan əlavə, tərcümə edilmiş məzmun vasitəsilə şagirdlərə rəhbərlik etmək və öyrənməni gücləndirmək üçün əlavə resurslar hazırlanacaq.
Xatırladırıq ki, "İnteraktiv biologiya" adlı layihə Bakı şəhər 78 nömrəli tam orta məktəbin biologiya müəllim Elşad Əliyev tərəfindən icra olunur.