"Məktəbli arxeoloqlar tarixi abidələrin izində" adlı qrant layihəsinin icrası uğurla davam etdirilir.
"Məktəbli arxeoloqlar tarixi abidələrin izində" adlı qrant layihəsinin icrası uğurla davam etdirilir.
Layihə Yardımlı rayonunun Nizami Əskərov adına Sırıq kənd tam orta ümumtəhsil məktəbində VII və VIII siniflərdə təhsil alan 20 şagirdi əhatə edir. Layihənin əsas məqsədi şagirdlərin tarix fənninə marağını artırmaq və onlarda tədqiqatçılıq ruhunu formalaşdırmaqdır.
Layihə çərçivəsində şagirdlər seçilmiş tarixi abidələr haqqında müxtəlif mənbələrdən və resurslardan istifadə edərək abidələrin tarixi, yerləşdiyi mövqe və Azərbaycan tarixindəki rolu haqqında geniş məlumatlar əldə edirlər. Bununla yanaşı, ekskursiyalar vasitəsilə bu məlumatları daha dərindən tədqiq edirlər. Hər biri 10 şagird olmaqla, 2 qrup yaradılıb və hər qrup həftədə 1 saat olmaqla seçilmiş tarixi abidə haqqında əyani dərslər keçir. Ümumilikdə, hazırda 7 tarixi abidəyə ekskursiyalar təşkil edilib.
Xatırladaq ki, layihə Yardımlı rayonunun Nizami Əskərov adına Sırıq kənd tam orta ümumtəhsil məktəbinin direktoru İlahə İbrahimova tərəfindən həyata keçirilir.