146
logo

Biləsuvarda “Onlayn platforma dəstəyi ilə ingilis dilinin səmərəli öyrənilməsinin təşkili” adlı layihə icrasına başlayıb

  • Bazar 2 Fevral 2025



Biləsuvar rayonu K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyində “Onlayn platforma dəstəyi ilə ingilis dilinin səmərəli öyrənilməsinin təşkili” adlı layihənin açılış mərasimi keçirilib.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş layihənin açılış mərasimində məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak edib.
Tədbirdə qeyd edilib ki, layihənin məqsədi Duolingo platformasının köməyilə liseyin V-VII sinif şagirdləri üçün ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək onların bu fənn üzrə bilik və bacarıqlarını artırmaqla buraxılış imtahanına hazırlıq istiqamətində təməl biliklərin möhkəmləndirilməsinə dəstək olunmasından ibarətdir.
Həmçinin qeyd olunub ki, layihə çərçivəsində təyin ediləcək meyarlar əsasında ingilis dili üzrə əlavə məşğələlər keçirilməsinə ehtiyac olan 60 nəfər şagirdin seçiləcək, seçilmiş şagirdlərin diaqnostik qiymətləndirilməsi təşkil olunacaq, onlar üçün Duolingo platformasına giriş üzrə üzvlük təmin olunacaqdır. Eyni zamanda Duolingo platformasından rahat istifadə etmək üçün qulaqlıqlar və səs gücləndirici alınacaq, eləcə də dərsdənkənar fəaliyyət formasında Duolingo platfomasından istifadə etməklə məşğələlər təşkil olunacaqdır.
Daha sonra çıxış edən müəllim və şagirdlər layihənin əhəmiyyətindən söz açıblar. Onlar layihənin gedişatına uğurlar diləyiblər. Qeyd edək ki, layihə Biləsuvar rayonu K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyində icra olunur.