146
logo

"Eko Könüllülər ilə Yaşıl-Zona Parkının yaradılması" layihəsinin açılış tədbiri keçirilib.

  • Bazar ertəsi 10 Fevral 2025



"Eko Könüllülər ilə Yaşıl-Zona Parkının yaradılması" layihəsinin açılış tədbiri keçirilib.
Layihənin əsas məqsədi 20 şagird və 20 könüllü tələbənin iştirakı ilə EKO-Park yaşıl zonanın salınmasıdır. Burada ekoloji biliklərin şagirdlərə mənimsədilməsi, onların təbiətə məsuliyyətli yanaşma bacarıqlarının formalaşdırılması və könüllülük dəyərlərinin aşılanması əsas məqsədidir. Layihə çərçivəsində məktəb ərazisində Eko-Park salınacaq, buradakı mühit isə uşaqların ekoloji tərbiyəsi, praktik bacarıqlarının təkmilləşməsi və ekosistemin qiymətləndirilməsi üçün real öyrənmə məkanına çevriləcək.
Xatırladaq ki, layihə Xaldan kənd kompleks tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Qasımovanın rəhbərliyi ilə həyata keçirilir.