146
logo

3 günlük təşkil olunan "Trash Tag" aksiyası uğurla başa çatıb

  • Bazar ertəsi 10 Fevral 2025



"ECOpupils: Məktəblilərin Ekoloji Savadlılığının Artırılması" layihəsi çərçivəsində təşkil olunan 3 günlük "Trash Tag" aksiyası uğurla başa çatıb.

Layihə çərçivəsində məktəb ərazisində tullantıların düzgün çeşidlənməsi və ekoloji davamlılığın təşviqi məqsədilə yaşıl (şüşə tullantıları), mavi (kağız tullantıları) və boz (metal tullantıları) tullantı qabları yerləşdirilib.

Layihənin icra planına uyğun olaraq layihə komandası formalaşdırılıb, iştirakçılar üçün 3 günlük "Trash Tag" aksiyası təşkil edilib. Bundan əlavə, "Yaşıl Dünya" mövzusunda 12 görüş təşkil olunub, plastik və kağız tullantılardan dekorativ əşyalar hazırlanıb, həmin əşyalar məktəbdə nümayiş etdirilib və tullantıların çeşidlənməsi üçün zibil qutuları siniflərə yerləşdirilib.

Xatırladırıq ki, layihə Astara şəhər 1 nömrəli tam orta məktəbdə Babək Rzazadə tərəfindən icra olunur. Layihənin həyata keçirilməsində əsas məqsədi şagirdlərin ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlılığının artırılması, onların bu istiqamətdə aktiv iştirakçılığa və həssas yanaşmaya təşviq olunması, ətraf mühitə qarşı məsuliyyətli vətəndaş formalaşdırmaq və effektiv addımlar atmağı öyrətməkdən ibarətdir.