“Fərqliliyə qucaq aç-inklüziv təhsilə cəlb olunmuş şagirdlərin yaradıcılıq sərgisi” layihəsinin açılış mərasimi keçirilib
Təhsildə inkişaf və inovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi “Fərqliliyə qucaq aç-inklüziv təhsilə cəlb olunmuş şagirdlərin yaradıcılıq sərgisi” layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində məktəb direktorları, müəllim heyyəti və qonaqlar iştirak edib. “Fərqliliyə qucaq aç –inklüziv təhsiləc cəlb olunmuş şagirdlərin yaradıcılıq sərgisi” layihənin rəhbəri, 220 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Gülnarə Quliyeva qonaqlara layihə haqqında ətraflı məlumat verib.
Qeyd edilib ki, layihə çərçivəsində 6 ay müddətində həftədə 2 dəfə 1 saat olmaqla məşğələlər keçiriləcək. Layihənin məqsədi sağlamlıq imkanlarl məhdud uşaqların inkluziv məkanda fərqli imkanlarını, yaradıcı imkanlarının genişliyini cəmiyyətə nümayiş etdirmək, inkluzivliyin, bərabərliyin, istedadın sərhəd tanımadığını aşılamaqdır.