“Khan Academy Düşərgəsi” layihəsi Şəmkir rayonunun Düyərli kənd 1 nömrəli tam orta məktəbində həyata keçirilib
“Khan Academy Düşərgəsi” layihəsi Şəmkir rayonunun Düyərli kənd 1 nömrəli tam orta məktəbində həyata keçirilib.
İnnovativ təhsil layihəsi şagirdlər arasında böyük marağa səbəb olmaqla yanaşı, onların qısa müddət ərzində müxtəlif sahələrdə bir çox mühüm bacarıqları inkişaf etdirməsinə imkan yaradıb.
Layihənin rəhbəri Jalə Namazovanın sözlərinə görə, düşərgə zamanı şagirdlər fəal iştirak edərək fərdi və komanda işlərində öz potensiallarını daha yaxşı nümayiş etdirdilər. Layihə çərçivəsində keçirilən məşğələlər şaqirdlərdə müasir texnologiyalardan düzgün istifadə vərdişlərini formalaşdırdı analitik düşünmə və problem həll etmə bacarıqlarını artırılıb.
Eyni zamanda şagirdlər dərslərdə daha aktiv olmaqla yanaşı, bir-biri ilə sıx əməkdaşlıq edərək komanda ruhunu inkişaf etdirdilər. İnteraktiv və əyləncəli yanaşmaların tətbiq edildiyi dərslər şagirdlərin marağını daha da artırdı və onların öyrənməyə olan həvəsini gücləndirdi.
"Khan Academy Düşərgəsi" layihəsi yalnız tədris prosesi ilə məhdudlaşmayaraq, şagirdlərin sosial bacarıqlarını inkişaf etdirməyə və onların gələcək həyatlarında daha uğurlu fərdlər olmasına töhfə verib.