146
logo

“CELTA Uğrunda: İngilis Dili Müəllimlərinin Şəxsi İnkişaf Proqramı” layihəsinin açılış mərasimi keçirilib

  • Çərşənbə 12 Fevral 2025



“CELTA Uğrunda: İngilis Dili Müəllimlərinin Şəxsi İnkişaf Proqramı” layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə layihənin rəhbəri Vəfa Məmmədova və eksperti Günay Əkbərova çıxış ediblər. Onlar layihənin məqsədi və vəzifələri, eyni zamanda, "Udemy" saytından əldə olunmuş CELTA hazırlıq kursu haqqında məlumat veriblər. Çıxışlarda CELTA sertifikatının və hazırlıq kursunun əhəmiyyəti vurğulanıb və iştirakçılar üçün faydalı tövsiyələr verilib.
Layihənin əsas məqsədi Azərbaycanın regionlarında və kənd yerlərində çalışan ingilis dili müəllimlərinə Udemy üzərindən CELTA hazırlıq kurslarının keçirilməsini təmin etməklə Azərbaycanın kənd və rayonlarında akkreditə olunmuş peşəkar təhsilverənlərin sayını və ingilis dili təhsilinin keyfiyyətini artırmaqdan ibarətdir.
Qeyd edək ki, 30 region müəllimi üçün Udemy üzərindən CELTA hazırlıq kursu əldə olunub və müəllimlər arasında bilik və təcrübə mübadiləsini təşviq etmək məqsədilə mütəmadi olaraq şəbəkələşmə görüşləri təşkil olunacaq.
Layihə Bakı şəhəri C. Əskərov adına 50 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Vəfa Məmmədova tərəfindən “Gənc Xarici Dil Müəllimləri” Birliyi ilə tərəfdaşlıq çərçivəsində icra olunur.