“Ruhun xəzinəsi-mental sağlamlıq” adlı layihənin açılıç tədbiri keçirilib
Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin akt zalında
Təhsildə inkişaf və innovasiyalar üzrə VlII qrant müsabiqəsində qalib gələn “Ruhun xəzinəsi-mental sağlamlıq” adlı layihənin açılıç tədbiri keçirilib.
Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşları, ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru, ümumtəhsil məktəblərinin psixoloqları, İsmayıllı şəhər 6 nömrəli məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşları, ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, şəhər 6 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Qalib Bəşirov və başqaları layihənin əhəmiyyətindən söz açıblar.
“Ruhun xəzinəsi-mental sağlamlıq” layihəsinin rəhbəri, İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin psixoloqu Ruslan Kamilov layihənin məqsədi və layihə çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, valideyinlərin övladlarının fiziki və psixi sağlamlığının qorunmasına, eləcədə övladlarına verəcəyi tərbiyəyə müsbət təsir göstərmək, şagirdlər arasında münasibətlərin düzgün formalaşmağı və onların şəxsiyyətinin inkişafına mühüm təsir göstərmək, şagirdlərin həm fiziki, həmdə mental sağlamlığlarnın qayğısına qalmaq bu layihənin əsas məqsədini təşkil edir.
İsmayıllı şəhər məktəblərində təhsil alan çətin tərbiyə olunan 50 şagird və həmən şagirdlərin valideynlərilə birlikdə 100 nəfər layihə çərçivəsində təlimlərə cəlb olunacaq. Psixoloq, habelə layihə çərçivəsində təlimlərin, informativ əl kitabçaları, broşur və məktəbin dəhlizində psixoloji məlumatlarla zəngin güşənin yaradılacağını vurğulayıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə ilə bağlı maarifləndirici bukletlər paylanılıb.