146
logo

Kod da Vinçi oyunu təşkil olunub

  • Cümə axşamı 13 Fevral 2025



“Kodların İzində: Şagirdlər arasında Kod da Vinçi müsabiqəsi” layihəsi çərçivəsində “Kod da Vinçi” oyunu təşkil olunub.  

2 gün təşkil edilən “Kod da Vinçi” oyunu 50 şagirdin iştirakı ilə həyata keçirilib. İlk gün oyunun 1-ci mərhələsi baş tutub. 10 nəfərdn ibarət 5 komandaya bölünən şagirdlər yarışaraq moderator tərəfindən təqdim edilən açar sözlərə əsasən cavabları tapmaq uğrunda mübarizə aparıblar. İlk 3 yeri tutan komandalar 2-ci mərhələ zamanı yarışıblar və 1 komanda qalib elan edilib.  

Layihədə təşkil edilən bu oyun şagirdləri interaktiv fəaliyyətlərə cəlb etmək, məktəbdə şagirdlər üçün əyləncəli və interaktiv tədbirlərin təşkil olunmasını təşviq etmək və bununla da, şagirdlərin mental inkişafını dəstəkləməyə töhfə verib. 

Xatırladırıq ki, “Kodların İzində: Şagirdlər arasında Kod da Vinçi müsabiqəsi” qrant layihəsi Maral Əmraslanova tərəfindən Qara Nuru kənd R. Səfərov adına tam orta məktəbində təşkil olunur. Layihə çərçivəsində Vll, Vlll və lX sinifdə təhsil alan 50 şagirdin iştirakı ilə Kod da Vinçi oyununun təşkil edilməsi və məktəbimizdə oyunlar dərnəyinin qurulması nəzərdə tutulub.