146
logo

"Student Edition: Voleybol Turniri" layihəsinin final mərhələsi və bağlanış mərasimi

  • Cümə axşamı 13 Fevral 2025



Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Student Edition: Voleybol Turniri" layihəsinin final mərhələsi və bağlanış mərasimi keçirilib.
Tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak edib.
Qeyd edək ki, layihə çərçivəsində Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında "Student Edition: Voleybol Turniri" təşkil edilib. Turnirin əsas məqsədi şagirdlər arasında fiziki aktivliyi artırmaq, komanda ruhunu gücləndirmək və onların asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq idi. Layihə çərçivəsində 8 komanda formalaşıb. Yarışlar səkkizdə bir, yarımfinal və final mərhələlərindən ibarət olub. Həmçinin layihə çərçivəsində məktəbdə voleybol klubu yaradılıb və 2 ay ərzində həftədə 2 dəfə olmaqla məşğələlər təşkil edilıb
Xatırladırıq ki, "Student Edition: Voleybol Turniri" adlı layihə, Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta məktəbdə Nurəddin Babayev tərəfindən həyata keçirilib. Layihənin məqsədi, şagirdlərdə komanda işini, fiziki sağlamlığı və idmana marağı artırmaq, şagirdlərə voleybol vasitəsilə sosial və fiziki bacarıqlarını inkişaf etdirmək üçün yeni imkanlar yaradacaq və məktəblərarası idman əlaqələrinin genişlənməsinə töhfə vermək idi.