“Kənd məktəbində rəqəmsal riyaziyyatçılar” layihəsinin icra planına uyun olaraq bağlanış tədbiri keçirilıb
“Kənd məktəbində rəqəmsal riyaziyyatçılar” layihəsinin icra planına uyun olaraq bağlanış tədbiri keçirilıb.
Tədbirdə layihə rəhbəri Ülkər Əmirli layihə çərçivəsində 3 ay ərzində görülmüş işlər və əldə olunmuş nəticələr haqqında məlumat verib, keçirilən yarışlarda mükafat qazanan şagirdlərə mükafatları təqdim edib.
Xatırladaq ki, “Kənd məktəbində rəqəmsal riyaziyyatçılar” adlı layihə Ağdaş rayon Dəhnəxəlil kənd R. Məmmədov adına tam orta ümumtəhsil məktəbində məktəbin informatika müəllimi Ülkər Əmirli tərəfindən həyata keçirilib. Layihənin məqsədi rəqəmsal bacarıqlar vasitəsilə riyaziyyat fənninin tədrisini daha əyləncəli və əlçatan etmək, xüsusən təlim nəticələri zəif olan şagirdlərin öyrənmə motivasiyasını artırmaq idi.
Layihə ərzində “Khan Academy” proqramı ilə şairdlərə 4 mövzu üzrə planşetlər üzərindən dərslər keçirilib: “Math Games” və “Kahoot!” proqramı ilə yarışlar təşkil olunub. Həmçinin təlim nəticələri yüksək olan şagirdlərə məntiq üzrə təlimçi Bəhman Məmmədov tərəfindən 4 onlayn təlim keçirilib.