“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsi çərçivəsində düşərgə təşkil olunub.
“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsi çərçivəsində düşərgə təşkil olunub.
Düşərgənin ilk günündə şagirdlər qeyri-formal təhsillə bağlı məlumatlandırılıb, yumşaq bacarıqların mahiyyəti, günümüzdə aktuallığı, sərt bacarıqlardan fərqi, gələcək təhsil və karyera həyatına təsiri haqqında müzakirələr aparılıb. Komanda quruculuğu oyunları ilə zəif və güclü tərəflərin müəyyənləşdirilməsi, birgə qərar qəbuletmə, ünsiyyət qurma bacarıqlarının inkişaf etdirilməsi mövzusunda iştirakçıların bilik və bacarıqları artırılıb.
Xatırladırıq ki,“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək
proqramı” qrant layihəsi Sevman Baxşıyev tərəfindən Astara şəhər 5nömrəli tam orta məktəbdə keçirilir. Layihə çərçivəsində məktəbdə şagirdlər arasında komanda ruhunun formalaşdırılması, onların birgə işə və məsuliyyətlərini bölüşməyə təşviqi və aşağı yaşlardan etibarən onlarda yumşaq bacarıqların (soft skills) formalaşmasına dəstək olmaq, bunun üçün Vll və Vlll sinifdə təhsil alan 20 şagird ilə qeyri-formal təhsillə bağlı təlimlərin və komanda quruculuğu oyunlarının keçirilməsi və məktəbdə "team- building" klubunun yaradılması nəzərdə tutulur.