"Terapiya otağı"layihəsi üzrə valideynlərlə görüş keçirilib
"Terapiya otağı"layihəsi üzrə valideynlərlə görüş keçirilib
Gəncə şəhəri 37 nömrəli tam orta məktəbdə "Terapiya otağı" layihəsi çərçivəsində valideynlərlə görüş keçirilib.
Görüşdə 100 nəfər valideyn və layihənin işçi heyəti iştirak edib. Tədbir zamanı valideynlərə layihənin məqsədləri və "Terapiya otağı"nın şagirdlərə olan faydaları barədə ətraflı məlumat verilib. Otağın şagirdlərin psixoloji inkişafına və təhsil mühitindəki rahatlığına necə müsbət təsir göstərəcəyindən danışılıb. Layihə ilə bağlı maraqlı suallar cavablandırılıb və valideynlər bu təşəbbüsü yüksək qiymətləndiriblər.
Qeyd edək ki, layihə Gəncə şəhəri 37 nömrəli tam orta məktəbdə Süleymanova Zinyət tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi məktəb mühitində şagirdlərin emosional və psixoloji rifahını artırmaq, onların stress, narahatlıq və digər emosional çətinlikləri ilə mübarizədə dəstək göstərməkdir. Bu otaq, xüsusi psixoloji ehtiyacı olan şagirdlərə fərdi və qrup terapiyası seansları keçirmək üçün nəzərdə tutulub.