146
logo

Qrant layihə iştirakçıları ekskursiyada

  • Şənbə 15 Fevral 2025




 “ Biz birlikdə əylənirik” adlı layihə çərçivəsində İsmayıllı Uşaq – Gənclər İnkişaf Mərkəzinə və Uşaq Kitabxanasına ekskursiya təşkil edilib.

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş "Biz birlikdə əylənirik " layihəsi çərivəsində baş tutan ekskursiyada  Uşaq – Gənclər İnkişaf Mərkəzinin  nümayəndəsi müəssisədə olan əl işləri  haqqında şagirdlərə məlumat verib. Həmçinin İsmayıllı Rayon Uşaq Kitabxanasında  olan gəzintidə  layihə iştirakçıları kitabxanada olan kitablarla tanış olublar. “ Dağ çiçəkləri “ ədəbi məclisinin üzvləri ilə görüşüblər. Sonda şagirdlər “Mübariz İbrahimov“ animasiya filmini seyr etdilər.

Xatırladaq ki, “ Biz birlikdə əylənirik” adlı layihə İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbində Nazim Salmanov tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərdə birgə əməkdaşlığı formalaşdırmaq, onlara fiziki fəallığın əhəmiyyəti haqqında məlumat vermək, düzgün həyat tərzi keçirməkdə onlara kömək etmək, oyun və ünsiyyət bacarıqlarını formalaşdırmaq, sosial şəbəkələrdə vaxt keçirmək yox, açıq havada yoldaşları ilə ünsiyyət qurmağın daha faydalı olduğunu təbliğ etməkdən ibarətdir.