146
logo

Şagirdlər evdə də "Khan Academy" platformasının imkanlarından istifadə edir

  • Çərşənbə axşamı 18 Fevral 2025



Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Hər bir akademik uğurun əsası riyaziyyatdır" layihəsi çərçivəsində şagirdlər evdə də "Khan Academy" platformasının imkanlarından istifadə edərək davamlı öyrənirlər.

Layihə çərçivəsində Khan Academy materiallarına əsaslanan 4 aylıq dərs proqramı hazırlanıb və 25 nəfər şagirdə həftədə 2 dəfə, hər dərs 1 saat olmaqla tədris təşkil edilir. Ümumilikdə 32 saatlıq dərs proqramı çərçivəsində şagirdlərin qavrama səviyyəsi aylıq imtahanlarla qiymətləndirilir. Layihə çərçivəsində məktəbdə riyaziyyat dərnəyi yaradılmış və dərnəkdə fəaliyyət göstərmək istəyən müəllimlər üçün iş qrafiki və tədris proqramı tərtib edilmişdir.

Xatırladırıq ki, "Hər bir akademik uğurun əsası riyaziyyatdır" adlı layihə Cəbrayıl rayon Tatar kənd tam orta məktəbdə Murad Rəsulzadə tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi 4-cü sinif şagirdlərinin Khan Academy platformasında yerləşən riyaziyyat materiallarını milli kurrikulum əsasında öyrənməsini təmin etmək və şagirdlərin biliklərini dərinləşdirməkdir.